Avtoreyd.Az Avtoxəbər Ödənişsiz və sürücüsüz avtobuslar xəttə buraxılıb (Video)

Ödənişsiz və sürücüsüz avtobuslar xəttə buraxılıb (Video)


Avtoreyd.az bildirir ki, bu ilin əvvəllərindən İsveç paytaxtının küçələrində, ödənişsiz fəaliyyət göstərəcəyi planlaşdırılan, pilotsuz ictimai avtobuslar çalışmağa başlayıb.

İlk belə pilotsuz avtobusların, Stokholmun şimal hissəsində yerləşən Viktoriya qalası ilə Kista Galleria ticarət mərkəzi arasındakı, uzunluğu 1,5 kilometr olan marşrut xətti üzrə çalışacağı güman olunur.

Yeni ictimai nəqliyyat, GPS-naviqasiyadan və sensor tənzimləyicilərdən istifadə etməklə, saatda 20 kilometr sürətlə hərəkət edəcək.

Pilotsuz avtobusların konstruksiyasında sükan nəzərdə tutulmayıb. Lakin ehtiyac olduğu halda, ölkənin qüvvədə olan qanunvericiliyinə uyğun olaraq, məcburi surətdə avtobusda olan sürücü, idarə etməni əl rejiminə keçirə bilər.

Qeyd edək ki, bir belə avtobus eyni zamanda ən çox 12 sərnişin tutur, marşrut xəttində isə iki ədəd belə nəqliyyat vasitəsinin çalışacağı nəzərdə tutulub.

Hazırda İsveçin Nəqliyyat agentliyi, pilotsuz nəqliyyat vasitələrinin sınaqlarının keçirilməsi üçün, daha əlavə yeddi sifarişə baxır. 2018-ci ildə isə onların artacağı gözlənilir.

Related Post