Avtoreyd.az bildirir ki, əhalisinə görə Çinin ən böyük şəhərlərindən  olan Çuntsində, monorels xətlərindən biri, düz yaşayış evinin içərisindən keçir.

Monorels xətti elə salınıb ki, 19-mərtəbəli yaşayış binasındakı dəlikdən keçir. Ən yaxın mənzillərin divarları tunelə çox yaxındır, yan və alt pəncərələrlə olan məsafə isə bir metrdən azdır. Binanın sakinləri qatara minmək üçün yeddinci və səkkizinci mərtəbələrdə yerləşən “Liziba” stansiyasından istifadə edirlər.

Bina sakinləri səs-küylü stansiyada yaşasalar da, qatarların səsini xüsusi avadanlıq boğur. Rəsmi məlumatlara görə, bu səs insanları çalışan qabyuyan maşının yaratdığı küy qədər narahat edir. Lakin sakinlər arasında bundan şikayət edənlər də var.

Bu cür çıxış yolu güzəştin nəticəsidir: bu qərarın sayəsində yeni monorels xəttinə görə, binanı uçurulmadan xilas etmək mümkün olub.

Qeyd edək ki, Yantszı və Tszyalintszyan çaylarının birləşdiyi yerdə salınan Çunsin, Çinin mərkəzi tabeçiliyində olan dörd şəhərindən ən böyüyüdür. Onu sərt təpəli relyefinə görə  “Dağlar şəhəri” adlandırırlar.

http://www.youtube.com/watch?v=lggYlDhkuns

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.