Bakı inzibati ərazisinə daxil olmayan şəhər, rayon və kəndlərdən Bakıya sərnişin avtobuslarının işləməsi mütləq şəkildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə razılaşdırılmalıdır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev deyib.
İbrahim Əliyev, Abşeron rayonu Fatmayi kəndindən Bakıya və əks istiqamətdə sərnişin daşıyan 134 nömrəli avtobusların yeni müəyyən edilmiş hərəkət sxeminə də münasibət bildirib. Qeyd edib ki, həmin xəttin Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilmiş yeni hərəkət sxemi Abşeron rayonuna aid olan 10-a yaxın marşrut xəttinin hərəkət sxemi ilə üst-üstə düşür. Məhz buna görə də, 134 nömrəli avtobusların köhnə hərəkət sxemi ilə işləməsi daha məqsədəuyğundur.
Qeyd edək ki, Bakı, Gəncə və Sumqayıt şəhərləri istisna olmaqla, digər şəhər və rayonlarda marşrutların tənzimlənməsi və onlara nəzarət Dövlət Avtomobil Nəqliyyatı xidmətinin səlahiyyətindədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: