Avtoreyd.Az Hadisə Metroda sərnişinlərdən bir nəfər 10 dəqiqə qatarların hərəkətini ləngidib (Video)

Metroda sərnişinlərdən bir nəfər 10 dəqiqə qatarların hərəkətini ləngidib (Video)


AvtoReyd.Az xəbər verir ki, saat 18:50 radələrində sərnişinlərdən bir nəfər təxminən 10 dəqiqə qatarların hərəkətini ləngidib.Hadisə “İnşaatçılar”stansiyasında qeydə alınıb.Belə ki,1992-ci il təvəllüdlü Şəmkir rayon sakini Ələsgərov Tamerlan Rövşən oğlu tunelə düşərək üzü “Elmlər Akademiyası” istiqamətində piyada hərəkət etməyə başlayıb. Nəticədə qatarların hərəkətində ləngimə baş verib. Hadisə yerinə gələn stansiya əməkdaşları və metro polisi sərnişini tunelədn çıxararaq qatarların hərəkətini bərpa ediblər. Vətəndaş saxlanılıb və hal hazırda hüquq-mahafizə orqanı əməkdaşları faktla bağlı araşdırma aparır. Xarırladaq ki,məlumatı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev özünün Facebook səhifəsində bölüşüb.

Related Post