Avtoreyd.Az Dörd çarx Bakıda avtobus sürücüləri qaydaları belə pozurlar – VİDEO

Bakıda avtobus sürücüləri qaydaları belə pozurlar – VİDEO


38 saylı marşrutun avtobus sürücüləri Nərimanov rayonu Ağa Nemətulla küçəsindən tuneldən çıxıb (Nərimanov məhkəməsi istiqamətində) Arif Heydərov küçəsinə hərəkət edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Geri dönmək üçün yer 50 metr irəlidə (Nərimanov məhkəməsinin qarşısı) olsa da avtobus sürücüləri sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ataraq “qoşa xətti” tapdalayırlar.

“Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin tələbinə əsasən, 1.3 nişanlanma xətti (bütöv qoşa xətt) hər iki istiqamətdə hərəkət üçün dörd və daha çox hərəkət zolağı olan (yəni qarşılıqlı hərəkət olan və eyni istiqamətli zolaqlarının sayı ən azı 2 olan) yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçün tətbiq edilən qaydaları pozurlar.

Modern.azsaytının əməkdaşı 25 yanvar saat 17:00 radələrində həmin ərazidə avtobusların qayda pozuntusunu əyani şəkildə izləyib. Yarım saat ərzində 38 saylı marşrut üzrə hərəkət edən, dövlət nömrə nişanları 90-TG-907, 90-TG-997, 90-TG-808, 90-TG-998 olan avtobus sürücüləri eyni qaydanı pozublar.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması maddəsinə əsasən, həmin sürücülər 60 manat və 3 bal cərimə olunmalıdır.

Həmin görüntüləri sizə təqdim edirik:

http://www.youtube.com/watch?v=zBaQTj1nK30

Related Post

DİQQƏT! Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılırDİQQƏT! Xırdalan-Binəqədi yolunda hərəkət məhdudlaşdırılır

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində mayın 18-dən 19-na keçən gecə avtonəqliyyat vasitələrinin

Zaqatala rayonunda 23 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTOZaqatala rayonunda 23 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTO

Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə başlanılıb. Agentliydən AvtoReyd.Az-a verilən məlumata görə,37.5 km