Avtoreyd.az bildirir ki, Böyük Britaniyada 1984-cü il istehsalı olan qeyri-adi avtobus 25 min funt sterlinqə (35 min dollara) satışa çıxarılıb. Nəqliyyat vasitəsinin qeyri-adiliyi ondan ibarətdir ki, bu avtobus vaxtıyla baş nazir Marqaret Tetçer üçün buraxılıb və əvvəlcə 7 milyon dollar dəyərində olub.
Avtobusun unikallığı onun müdafiə sistemindədir. Nəqliyyat vasitəsini, İrlandiya respublika ordusunun terrorçuları tərəfindən Marqaret Tetçerə edilən sui-qəsddən sonra hazırlayıblar. Doğrudur, dəmir ledi özü ondan az istifadə edib və sonra avtobusu əsgərlərin daşınması üçün Şimali İrlandiyaya göndərib.
Zirehli örtük və gülləkeçirməyən şüşələr, avtobusu 7,62 mm kalibrlı atıcı silahdan müdafiə edir. RunFlat şinləri (onların deşilmə təhlükəsi yoxdur), həmçinin kimyəvi və bakterioloji silahdan qorunma də avtobusun müdafiə sisteminə daxildir.
Sərnişin tutumu 36 nəfər olan 17,5 tonluq avtobus, mexaniki kompressorlu 12-litrlik dizellə təchiz edilib və saatda 130 km qədər sürət artıra bilir.
Nəqliyyat vasitəsinin yürüş məsafəsi cəmi 21 min kilometrdir və avtobus yaxşı vəziyyətdədir. Satıcılar iddia edirlər ki, onu indi də “qaynar nöqtələrdə” istifadə etmək olar.