Avtoreyd.Az Dörd çarx Xaçmaz-Xudat avtomobil yolu təmir olunur (Foto)

Xaçmaz-Xudat avtomobil yolu təmir olunur (Foto)


Bölgədə turizm və kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyət daşıyan Xaçmaz-Xudat avtomobil yolunda təmir-bərpa işləri aparılır.

AvtoReyd.Az xəbər verir ki, yenidən qurulan 24 km uzunluğundakı avtomobil yolu iki hərəkət zolaqlıdır.

İlk mərhələdə Xaçmaz-Xudat avtomobil yolunda ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qabarmış və dağılmış asfalt-beton örtüyü frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə hamarlayıcı və aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 150 min kvadratmetrdən çox ərazinin asfaltlanması nəzərdə tutulur.

Vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Tikinti işləri çərçivəsində yol çiyinləri bərkidilir, zəruri olan yerlərdə yeni su boruları qoyulur. Eyni zamanda mövcud boruların giriş-çıxışları təmizlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyətlə aparılan yenidənqurma işləri vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşımalarının asanlaşmasına səbəb olacaq.

Qeyd edək ki, Xaçmaz-Xudat avtomobil yolu böyük turizm potensialına malik Nabran istirahət zonasına gediş-gəliş üçün istifadə olunan əsas magistraldır. (Azərtac)

Related Post

Sığorta şirkəti öhdəliyini tam yerinə yetirmir: Təmir prosesində iştirakada icazə verilmir – VİDEOSığorta şirkəti öhdəliyini tam yerinə yetirmir: Təmir prosesində iştirakada icazə verilmir – VİDEO

Minik avtomobilləri qəza törədib və hadisənin səbəbkarı müəyyənləşib. Amma sığorta şirkəti dəyən ziyanı tam ödəmir. Sürücü iddia edir ki, ona yalnız gözə görünən detallar üçün ödəniş ediləcəyi deyilib. Üstəlik avtomobil