Avtoreyd.Az Dörd çarx Xaçmaz-Xudat avtomobil yolu təmir olunur (Foto)

Xaçmaz-Xudat avtomobil yolu təmir olunur (Foto)


Bölgədə turizm və kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyət daşıyan Xaçmaz-Xudat avtomobil yolunda təmir-bərpa işləri aparılır.

AvtoReyd.Az xəbər verir ki, yenidən qurulan 24 km uzunluğundakı avtomobil yolu iki hərəkət zolaqlıdır.

İlk mərhələdə Xaçmaz-Xudat avtomobil yolunda ağır tonnajlı maşınların intensiv hərəkəti nəticəsində qabarmış və dağılmış asfalt-beton örtüyü frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə hamarlayıcı və aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 150 min kvadratmetrdən çox ərazinin asfaltlanması nəzərdə tutulur.

Vətəndaşların rahat gediş-gəlişini təmin edəcək yeni yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir. Tikinti işləri çərçivəsində yol çiyinləri bərkidilir, zəruri olan yerlərdə yeni su boruları qoyulur. Eyni zamanda mövcud boruların giriş-çıxışları təmizlənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyətlə aparılan yenidənqurma işləri vətəndaşların xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı yaşadıqları çətinlikləri aradan qaldıracaq, yük və sərnişin daşımalarının asanlaşmasına səbəb olacaq.

Qeyd edək ki, Xaçmaz-Xudat avtomobil yolu böyük turizm potensialına malik Nabran istirahət zonasına gediş-gəliş üçün istifadə olunan əsas magistraldır. (Azərtac)

Related Post

Təbriz küçəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb (Video+Foto)Təbriz küçəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb (Video+Foto)

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, 2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında duran əsas məsələlərdən biri də paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına səbəb olacaq layihələrin işlənilməsi, əsas