“Ulduz” hiperkarının yeni sahibi hay-küylü sazişləri ilə tanınan və özünü “doktor Buqatti” adlandıran Obi Okeke adlı dilerdir.
Avtoreyd.az bildirir ki, Kaliforniyanın sabiq qubernatorunun “Bugatti Veyron” avtomobili yeni sahibinə 2,5 milyon dollara başa gəlib. 1014 at gücünə malik avtomobil, 2,5 saniyə ərzində ərzində saatda 100 km qədər sürət artıra bilir. Gümüşü rəngdə olan dörd nəfərlik dəri salonlu avtomobilin yürüşü 1600 kilometrdir.
2015-ci ildən aktyorun qarajını bəzəyən “Veyron” bir neçə dəfə Santa-Monikanın küçələrində gözə dəyib. Məhz bu avtomobildə “Dəmir Arni” 68 yaşını qeyd edən gün yəni 30 iyun 2015-ci ildə şəhərdə görünüb.
Ekspertlər dərhal bu sövdələşməni uğurlu saziş adlandırıblar. Çünki bu gün, bu tip avtomobilin qiyməti 1,6 milyon dollardan başlanır.