Avtoreyd.Az Maraqlı Boliviyanın kanat yolu Ginnessin rekordları kitabına salınacaq (Video)

Boliviyanın kanat yolu Ginnessin rekordları kitabına salınacaq (Video)


Gün ərzində ən azı 160 min sərnişinə xidmət göstərən funikulyorun uzunluğu 30 kilometrdir.

Avtoreyd.az bildirir ki, Boliviyadakı kanat yolu 2018-ci ildə Ginnessin rekordları kitabına daxil ediləcək. Onun köməyi ilə insanlar yüksək dağ şəhərləri olan La-Pas və El-Alto arası səfərlər edirlər.

Bir şəhərdən digərinə çatmaq üçün adi vaxtda saat yarım-iki saat və dörd müxtəlif avtobus tələb olunduğu halda.  Bu kanat yolu ilə bir məntəqədən başqasına 25 dəqiqə ərzində çatmaq mümkündür.

Funikulyorun kabinlərində hətta İnternetə çıxış da var.

Daha çox “hava metrosu”nu xatırladan kanat yolunun hündürlüyü 3500 metrdən çoxdur. 2030-cu ilədək onun imkanlarının genişləndirilməsi planlaşdırılır. Bu halda, gün ərzində 300 min sərnişinə xidmət göstərmək mümkün olacaq.

Related Post