Beynəlxalq avtomobil federasiyası (FIA) Formula E elektrik bolidlərin yarışı seriyasının ikinci nəsil avtomobillərinin şəkillərini dərc edib.
Avtoreyd.az bildirir ki, yeni maşında batareyaların həcmi demək olar ki, iki dəfə artırılıb. Bu isə o deməkdir ki, komandalar artıq yarışın ortasında bolidləri dəyişmədən, daha yüksək sürətlə bütün məsafənin öhdəsindən gələ biləcəklər.
Elektrik avtomobilin təqdimatı bu ilin martında açılacaq Cenevrə avtomobil sərgisində baş tutacaq.