Kırklareli əyalətinin Lüleburqaz rayonunda üç elektrik velosiped taksi karbon təsiri ilə mübarizəyə başlayıb.
Avtoreyd.az bildirir ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihə əsasında fəaliyyətə başlayan velosiped taksilər, müəyyən marşrut üzrə hərəkət etməklə, ilk növbədə yaşı 60 və daha yuxarı olan şəxslərə, əlillərə, hamilə qadınlara və əli uşaqlı insanlara xidmət göstərəcək.
İqlim dəyişikliyi ilə mübarizə aparmaq və vətəndaşları velosipeddən istifadəyə təşviq etmək məqsədi ilə Türkiyədə bir ilk olaraq çalışan elektrik velosipedlər, 8 ay ərzində vətəndaşlara pulsuz şəkildə xidmət göstərəcək.