Avtoreyd.Az Avtoxəbər Almaniyanın maşın istehsalçıları insanlar üstündə təcrübə keçirmiş – VİDEO

Almaniyanın maşın istehsalçıları insanlar üstündə təcrübə keçirmiş – VİDEO


Almaniya kompaniyası insanlar üzərində təcrübə keçirmiş. Bu barədə Süddeutsche Zeitung qəzeti xəbər verib. Nəşr bildirir ki, testləri «Avropanın Ətraf Mühitin Müdafiəsi və Nəqliyyat Sektorunda Sağlamlıq» Araşdırma Birliyi (EUGT) keçirib.

Eksperimenti Almaniyanın Volkswagen, Daimler və BMW avtokansernləri maliyyələşdiriblər.

Təşkilatın 2016-cı ildə dərc olunan hesabatında bildirilir ki, araşdırma 2012-2015-ci illərdə Aaxenin Universitet klinikasında keçirilib. 25 gənc və sağlam insan bir neçə saat ərzində müxtəlif konsentrasiyalı qazı udublar, bundan sonra isə müayinədən keçiblər. EUGT mütəxəssisləri belə nəticəyə gəliblər ki, qazın orqanizmə təsirini müəyyənləşdirmək mümkün deyil.

Təşkilatın rəhbəri Tomas Kraus araşdırmanın nəticələrin məhdud adlandırıb, çünki onu bütün insanlara tətbiq etmək olmaz. Bundan başqa Azot Dioskid mühərrikidən çıxan işlənmiş qazlardan ancaq biridir.

Daimler konserni araşdırmanı sərt tənqid edərək, ondan uzaqlaşıb./faktxəbər

Related Post

İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (Foto)

İsmayıllı rayon Polis Şöbəsinin Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində İsmayıllı şəhərinin küçələrində, İsmayıllı-İvanovka