Avtoreyd.Az Gündəm Fevralın ilk gününə olan hava proqnozu açıqlanıb

Fevralın ilk gününə olan hava proqnozu açıqlanıb


Fevralın 1-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

AvtoReyd.Az

Related Post

“Avtobusda konduktor işləyirdim, bir “Nizami” deyib qışqırırdım” – Rafael Ağayev“Avtobusda konduktor işləyirdim, bir “Nizami” deyib qışqırırdım” – Rafael Ağayev

Azərbaycan karateçisi Rafael Ağayev maraqlı açıqlamalar verib. AvtoReyd.Az-ın haqqin.az-a istinadən yaydığı xəbərə görə, dünya çempionu özünün tanınmadığı və kasıb olduğu dövrlər barədə danışarkən həmin vaxtlarından utanmadığını söyləyib. “Utanmıram və açıq

Azərbaycanda dövlət maşınları ucuz qiymətə satışa çıxdı: Mercedes 6400, FİAT 3500 AZN (SİYAHI)Azərbaycanda dövlət maşınları ucuz qiymətə satışa çıxdı: Mercedes 6400, FİAT 3500 AZN (SİYAHI)

Mayın 10-da hərraca çıxarılaacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.  BAKU.WS-in məlumatına görə, siyahıya əsasən 1-2-ci sətirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25%