Avtoreyd.az bildirir ki, Airbus şirkətinin ABŞ-da yerləşən A3 bölməsi, pilotsuz uçan taksini müvəffəqiyyətlə sınaqdan keçirib. Bu növ nəqliyyat vasitəsinin yaradılması layihəsi Vahana adlanır.
Sınaqlar Amerikanın Oreqon ştatında, Pendltondakı poliqonda keçirilib. Uçan aparat beş metr hündürlüyə qalxaraq, 53 saniyə havada qalıb.
Şirkətdən bildiriblər ki, aparat bütün tapşırıqları muxtar rejimdə yerinə yetirib. Növbəti sınaq mərhələsində isə o, yalnız havaya qalxmalı deyil, həm də müəyyən məsafəyə qədər uçmalıdır.