Avtoreyd.Az Gündəm Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə iki müavin təyin edilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinə iki müavin təyin edilib


Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin I müavini və müavini vəzifələrinə təyinat olub.

AvtoReyd.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən Əli İzzət oğlu Abdullayev nazirin I müavini, Elmir Tofiq oğlu Vəlizadə isə nazir müavini təyin ediliblər.

İndiyə qədər nazir müavini olan İltimas Məmmədov isə tutduğu vəzifədən azad edilib. Onun yerinə təyinat olmayıb.

Xatırladaq ki, dövlət başçısının 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

AvtoReyd.Az

Related Post

Vüsal Kərimli: “Bakıda fəaliyyət göstərən avtobusların 50 faizinin yenilənməsi zərurəti var”Vüsal Kərimli: “Bakıda fəaliyyət göstərən avtobusların 50 faizinin yenilənməsi zərurəti var”

“İctimai nəqliyyat üzrə aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkarlanıb. Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılıb, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə