Avtoreyd.Az Dörd çarx Bərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTO

Bərdədə 13.5 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTO


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bərdə rayonunda 13,5 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunun tikinti işlərinə start verilib

Agentlikdən AvtoReyd.Az-a verilən məlumata görə, uzunluğu 17,5 km olan avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa olunur.

“Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının və əsasının genişləndirilməsi işləri aparılır. Genişləndirmə işləri çərçivəsində qazma-dolma işləri görülür, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır, kommunikasiya xətləri yoldan kənara köçürülür. Genişləndirmə izləri zamanı yolun ümumi eni 10 metrə çatdırılır. 2 hərəkət zolaqlı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.

Daha sonra tikinti norma və qaydalarına əsasən optimal-qırmadaş və qum-çınqıl qarşısından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də yüksək keyfiyyətlə aparılacaq. Ümumilikdə yola ikiqat olmaqla 10 sm qalınlığında 100 min kvadratmetr yeni asfalt-beton örtüyü döşənəcək”, – deyə məlumatda vurğulanıb.

Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 34 yerdə müxtəlif diametrlərdə olan dəmir və beton boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülür.

Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yol göstərici xətlərin çəkilişi işləri aparılacaq.

 

 

Related Post

24 saat ərzində 3500-dən artıq inzibati protokol tərtib edilib (Foto)24 saat ərzində 3500-dən artıq inzibati protokol tərtib edilib (Foto)

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından irəli gələn tapşırıqların icrası çərçivəsində artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov,

Avtobus sürücüləri “Giriş qadağandır” nişanına niyə məhəl qoymur? – VİDEOAvtobus sürücüləri “Giriş qadağandır” nişanına niyə məhəl qoymur? – VİDEO

“Giriş qadağandır” nişanı olsa da, sərnişin avtobuslarının sürücüləri buna məhəl qoymur. Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Səbail rayonu, Yeni Salyan şossesinin Bibiheybət mescidi yaxınlığından keçən hissəsindən gedir. Şossenin Xanlarov küçəsi