Avtoreyd.Az Dörd çarx Taksi xidməti qənaətbəxş deyil – VİDEO

Taksi xidməti qənaətbəxş deyil – VİDEO


Bakıda ən çox istifadə olunan ictimai nəqliyyat avtobus və metro olsa da, son illər taksi xidmətindən də istifadə edənlərin sayı az deyil. Xidmətdən istifadə edən zaman sərnişinlər sürücülərin fərqli davranışlarla qarşılaşdıqlarını deyirlər.

Avtomobil Nəqliyyatı Haqqında Qanunun 27-ci maddəsində qeyd olunur ki, hər bir taksi sürücüsü xüsusi hazırlıq keçdikdən sonra fəaliyyətə başlamalıdır. Xüsusi hazırlığın tərkib hissələrindən biri də sərnişinlərlər etik davranış, normal psixoloji ünsiyyətin qaydalarıdır. Əksər taksi taksi sürücüləri isə deyirlər ki, müştəriləri istədikləri ünvana çatdırdıqları zaman hər hansı bir problem yaşanmır.

Dünyanın bir sıra ölkələrində taksi xidmətlərində formalaşmış təcrübələr var. Müştəri ilə rəftar üsulları izah olunur və iş prinsipləri öncədən razılaşdırılır.

Ekspert Ərşad Hüseynov deyir ki, bizdə qanunvercilik, hər cür xırdalıqları tənzimləmir. Ona görə də sürücülər ənənələrə, yanaşmalara uyğun davranırlar.

Onu unutmaq olmaz ki, xidmət zamanı taksi sürücülərinin normal davranışı, ünsiyyəti, etik davranışlara riayət etməsi, təhlükəsizliyə əminlik yaratması özünün və ya çalışdığı şirkətin xeyrinədir.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

http://www.youtube.com/watch?v=KHzwTLycqnQ

Related Post