Avtoreyd.Az Dörd çarx Xızıda yol tikintisinə 2 milyon manat ayrılıb

Xızıda yol tikintisinə 2 milyon manat ayrılıb


Prezident İlham Əliyev fevralın 6-da Xızı rayonunun Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AvtoReyd.Az-ın “Report”a istinadən məlumatına görə, sərəncamla Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Related Post

Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulubAğstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub

Ağstafa rayonunun Ağstafa–Yenigün–Xətai–Qaçaq Kərəm–Poylu–Xılxına avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolun yenidən qurulması yekunlaşıb. 4-cü texniki dərəcəyə

Britaniya hökuməti pilotsuz taksilər üçün 13 milyon pul ayırdıBritaniya hökuməti pilotsuz taksilər üçün 13 milyon pul ayırdı

Böyük Britaniya sakinləri iki ildən sonra pilotsuz taksilərin xidmətindən istifadə edə biləcəklər.Lent.az-ın Hightech.fm-ə istinadən xəbərinə görə, Britaniya hökuməti avtomobillərin pilotsuz idarəedilməsi texnologiyasının işlənməsi ilə məşğul olan konsorsiumun yaradılmasını dəstəkləyib. Büdcədən