Avtoreyd.az bildirir ki, Faralda mehmanxanası Amsterdamda ən qeyri-adi yerlərdən biridir. Dəbdəbəli apartamentlər köhnə qaldırıcı kranda yerləşir. Ziyarətçilər 50 metr hündürlükdə gecələyə və quş uçuşunun hündürlüyündən şəhəri görə bilərlər.
Qaldırıcı mexanizmin daxilində üç mərtəbə tikilib. Nömrədə iki yataq otağı, qonaq otağı, vanna, mətbəx və duş kabinası var. Belə məkanda bir gün qalmaq 850 dollara başa gəlir.
Bu liman kranını İkinci dünya müharibəsindən sonra istifadəyə veriblər. Lakin, bir müddət o, çalışmayıb. Buna görə də yerli dizaynerlər krana ikinci həyat verməyi qərar alıblar. Bütün ehtiyat tədbirlərinə riayət etmək üçün, yeni bünövrə qoyulub. Çünki qaldırıcı mexanizm köhnə sahildə bir neçə onillik ərzində fəaliyyətsiz qalıb.
Kranın yükqaldırma qabiliyyəti 250 tondur. O mexaniki konstruksiyalar aləmində ən köhnələrdən biri hesab edilir.
Konstruksiya hərəkətlidir, vaxtaşırı “otaqlar” kranın oxu ətrafında yerini dəyişdirir.
Layihə üzərində üç il ərzində çalışmalı olublar. Bu gün qeyri-adi və ən yüksək tikilirdən biri statusuna malik kran-mehmanxana, bütün dünyadan olan turistləri cəlb edir.
Faralda mehmanxanası xüsusi ilə təzə ailə quran cütlüklər arasında çox məşhurdur.