Ağdamda ağır yol qəzası baş verib.
AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, rayonun İmamqulubəyli kəndində 42 yaşlı Valeh Həsənovun idarə etdiyi “VAZ 2106” markalı, 10 LJ 075 dövlət nömrə nişanlı maşınla piyada Bəhrəm Hüseynov vurulub. Bundan sonra avtomobil asfaltbasana çırpılıb. Nəticədə sürücü, piyada və maşınındakı sərnişin, 50 yaşlı Məhiyyəddin Əliyev müxtəlif bədən xəsarəti ilə Ağdam mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.
Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 24 yaşlı Bəhrəm Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Kürdəmir rayonundan olan gənc “Polatyol” şirkətindən işləyib.