Avtoreyd.Az Avtoxəbər Çində uçan taksi sınaqdan keçirilib (Video)

Çində uçan taksi sınaqdan keçirilib (Video)


Avtoreyd.az bildirir ki, Çin şirkəti EHang 184 dron-taksisinin bir və ikinəfərlik variantlarını sınaqdan keçirib.

Şirkətdən bildiriblər ki, artıq mindən çox sınaq uçuşu keçiriblər. Bu uçuşlar zamanı aparat saatda 130 kilometrə qədər sürət artırıb və bir yükləmə əsasında 15 kilometrə qədər uçub.

EHang ilk dəfə öz dron-taksisinin prototipini CES 2016 sərgisində təqdim edib. Əvvəlcə şirkət uclarında iki elektromotor bərkidilmiş dörd şüalı kvadrokopter sxemi üzrə hazırlanmış birnəfərlik variantını nümayiş edib.

Güman edilir ki, uçuş aparatı tamamilə muxtar rejimdə çalışacaq – istifadəçiyə yalnız taksiyə oturmaq və təyinat yerini müəyyən etmək lazım olacaq, bundan sonra isə dron müstəqil şəkildə uçaraq sərnişini ünvana daşıyacaq.

Şirkət bildirir ki, aparatın birnəfərlik final versiyası bir sərnişini 16 kilometrə qədər məsafəyə daşıya və ya 23 dəqiqə ərzində uça biləcək.

Related Post

İTALYAN ŞEDEVRLƏRİ: Yeni “PORSCHE” qiymətinə köhnə “FİAT”lar… – FOTOLARİTALYAN ŞEDEVRLƏRİ: Yeni “PORSCHE” qiymətinə köhnə “FİAT”lar… – FOTOLAR

Əgər Almaniya öz avtomobillərinin etibarlılığı və işləməsinin mükəmməlliyi ilə məşhurdursa, italiyalılar ənənəvi gözəllik və dizayner cəsarəti ilə lovğalana bilərlər. Publika.az bildirir ki, 28 oktyabrda “avromaşın” həvəskarları İtaliyanın Paduya şəhərinə yığışdılar. Alıcılar