AvtoReyd.Az-ın verdiyi məlumata görə,Pakistanın “City 41” telekanalında çalışan Xanan Buxari, görünür öz işini çox sevir. Belə ki, o, hətta şəxsi toy günündə də işsiz keçinə bilməyib.
Xəbər buraxılışı zamanı canlı yayımda bəy geyimində olan jurnalisti görən tamaşaçılar təəccüblənib. Birbaşa bağlantıda Xanan Buxari bildirib ki, bəy olduğu öz toyundan reportaj hazırlayır.
Özünəməxsus peşəkarlıqla öz toyundan danışan jurnalist, bir neçə qohumundan və gəlindən müsahibə də alıb. Bu qeyri-adi süjetin bir çox insanı əyləndirməsinə baxmayaraq, müxbiri ittiham edənlər də tapılıb. Onlar Xanan Buxarini nikah kimi vacib hadisəni məzhəkəyə çevirməkdə qınayıblar.