Çinin Quandun əyalətinin Foşan şəhərinin mərkəzindəki yolda, böyük uçurum əmələ gəlib.
AvtoReyd.Az-ın məlumatına görə,8 zolaqlı yolun bir hissəsinin çökməsi nəticəsində, yaranan dəliyə suyla bərabər insanlar da düşüb. Onlardan səkkiz nəfəri həlak olub, doqquzu isə xilas edilib. Üç nəfər itkin düşmüş hesab olunur. Əmələ gələn dəliyin dərinliyi təqribən yeddi metr, sahəsi isə təxminən iki basketbol meydançası boydadır.
İlkin məlumata görə, hadisəyə səbəb borulardakı sızma olub. Su əvvəlcə yolunun altında tikilənin metro tunelinin konstruksiyasına zərər vurub, sonra isə boşluğa axıb.