Avtoreyd.Az Gündəm Bakıətrafı qəsəbələrə dəmiryol xətti çəkiləcək (Video)

Bakıətrafı qəsəbələrə dəmiryol xətti çəkiləcək (Video)


Bu il Bakıətrafı qəsəbələrə yeni dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. Bunun üçün qəsəbələrdə 23 yeni stansiya tikiləcək.

Avtoreyd.az Xezerxeber.az-a istinadən bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verib və yeni elektirk qatarlarının işləyəcəyi qəsəbələri açıqalyıb.

Bundan başqa, Binə qəsəbəsi və Hava limanına da dəmiryol xəttinin çəkilməsi planlaşdırılır.

Cavid Qurbanovun sözlərinə görə, Şahdağ qış kompleksinə dəmir yolunun çəkilməsi üçün də layihə hazırlanır və bu xətt Xudat stansiyasından sola dönməklə Qusardan keçəcək. Qəbələyə dəmiryol xəttinin çəkilməsinə isə bu ildən başlanılacaq.

Bu il həm də Bakıdan Böyükkəsiyə sürət qatarının hərəkəti planlaşdırılır ki, burada da sürətin saatda 120 km olması nəzərdə tutulub. Perspektiv planda isə Lənkəranda dənizin kənarından keçən dəmiryol xəttinin yeni çəkilən İpək yolunun kənarına köçürülməsi də var.

Cavid Qurbanovun açıqlamasına görə, Bakı-Tbilisi-Qars dəmir yoluna da maraq artır və artıq apreldə bu yolla Avstriyadan Qazaxıstana yük daşınacaq. Bundan başqa, Çindən və Rusiyadan Türkiyəyə və geriyə yüklərin daşınması üçün də danışıqlar aparılır.

Related Post

“Sovetski” hər gün dəyişir – yol infrastrukturu müasirləşir – VİDEO / FOTO“Sovetski” hər gün dəyişir – yol infrastrukturu müasirləşir – VİDEO / FOTO

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə aparılan