Avtoreyd.az bildirir ki, Saratov hava yollarının sərnişin təyyarəsi Domodedovodan Orska uçuş zamanı qəzaya uğrayıb.
Moskva ətrafında yerə düşən An-148 təyyarəsinin göyərtəsində olan 71 nəfər həlak olub.
Təyyarənin təxminən Arqunovo kəndi ətrafında yerə düşdüyü deyilir.
Rusiyanın İstintaq komitəsi Moskva ətrafında baş verən təyyarə qəzası fakt üzrə cinayət işi qaldırıb.