Avtoreyd.Az Dörd çarx Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (Video+Foto)

Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edilib (Video+Foto)


Lənkəran rayonunun Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, agentlik tərəfindən yüksək keyfiyyətlə inşa olunan körpü R-48 Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyindən ayrılan və Əşlə kəndinə gedən yolun 1-ci kilometrində, Lənkərançay üzərində yerləşir.

Uzunluğu 42 metr, eni 4.5 metr və 3 aşırımlı olan dəmir-beton konstruksiyalı körpü 2 ay inşa edilib. Avtomobil körpüsü A-8, NQ-60 hesabi yükünə hesablanıb.

Tikinti işləri çərçivəsində körpünün altında, çay məcrasında monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunub və körpünün altından aşırım tirlərinə bərkidilib. Bu işlər bünövrənin sel daşqınları zamanı sıradan çıxmasının qarşısını almağa hesablanıb. Betonlama işləri yekunlaşandan sonra körpünün üstü asfaltlanıb.

Xatırladaq ki, sözügedən körpü ötən il oktyabrın əvvəllərində intensiv yağıntılardan sonra dağılmışdı. Nəticədə rayon mərkəzi ilə 15 kilometrlik məsafəsi olan kəndin birbaşa əlaqəsi kəsilmişdi. Sakinlər alternativ yol kimi Siyabili kəndindən keçən yoldan istifadə edirdi.

Yeni tikilmiş körpü 2 minə yaxın əhalisi olan 4 yaşayış məntəqəsini – Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də yerli sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.

Related Post

Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır – VİDEO / FOTOZığ-Suraxanı yolunun 2.7 km-lik hissəsinin yenidən qurulması yekunlaşır – VİDEO / FOTO

Suraxanı rayonunun Zığ – Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən AvtoReyd.Az–a verilən məlumata görə,təmir-tikinti işləri zamanı yol

Bakının mərkəzi prospektində piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır – VİDEOBakının mərkəzi prospektində piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır – VİDEO

Bakıda bir sıra geniş prospekt və küçələrdə piyada zolaqlarının olmaması ətrafda yaşayan insanlar, habelə şəhərdi gəzən turistlər üçün çətinliklər yaradır. Rəsmi statistikaya əsasən yol nəqliyyat hadisələrinin ümumi sayında piyadaların vurulması