Avtoreyd.az bildirir ki, kaskadyor Qreqq Qodfri yük maşınında uzunluğa tullanma üzrə dünya rekordunu yeniləyib.
Qodfri, 9 tonluq Freightliner FLD yük avtomobilində 50,6 metrlik məsafəyə uçub. Rekord Montana ştatının Byutt şəhərciyində qeydə alınıb. Enmə kaskadyorun gözlədiyindən də sərt olub. Avtomobilin hətta sağ qabaq təkəri belə partlayıb. Qodfri bildirib ki, ən vacibi avtomobilin sürətini saatda 112,6 km qədər artırmaq olub.
Qeyd edək ki, kaskadyor Qodfri 2008-ci ildə də analoji rekorda imza atıb, lakin o zaman, Qreqq 15 metrlik nəticəylə kifayətlənməli olub.