Avtoreyd.az bildirir ki, hadisə Texas ştatında, Hyustonda qeydə alınıb. Gecə vaxtı Alfred Hiçkokun trillerindən səhnəni xatırladan yanacaqdoldurma məntəqəsində yaşanan bu olay, insanları təəccübləndirib, hətta bəzilərini də qorxudub.
Avtomobilinə yanacaq doldurmağa gəlmiş Kristina Dobbin bu mənzərəni lentə alarkən, quşların heç kimə hücum etmədiyini dilə gətirsə də, bundan yaman qorxuduğunu etiraf edib. Bu səbəbdən də, ən yaxşı çıxış yolu kimi digər YDM-nə üz tutmağa qərar verib.
Ornitoloqlar isə quşların belə davranışında qeyri-adi heç nə olmadığını bildiriblər. Onlar ehtimal edir ki, gecə saatlarında nəsə quşları qorxudub və onlar da oyanaraq yaxşı işıqlandırılmış ən yaxın yerə uçublar. Bu yer də, yanacaqdoldurma məntəqəsi olub.