Çinin Dunquan dairəsində dəmiryollarının birində qeyri-adi hadisə baş verib: qadın əşyalarının ardınca özü də rentgen skanerinin arxasına girib.
South China Morning Post-un verdiyi məlumata görə, hüuqmühafizəçilər şüalanma ilə bağlı xəbərdarlıq etsə də, qadın onlara qulaq asmır.
Maraqlıdır ki, hüquqmühafizəçilər çantanın içində nə olduğu ilə maraqlanmayıblar. Onların sözlərinə görə, Çində belə qəribəliklər tez-tez olur. /faktxəbər