Avtoreyd.Az Dörd çarx Bakının Binəqədi rayonunda daha bir küçənin yenidən qurulması yekunlaşır(Video+Foto)

Bakının Binəqədi rayonunda daha bir küçənin yenidən qurulması yekunlaşır(Video+Foto)


Bakının Binəqədi rayonunda daha bir küçədə aparılan yenidənqruma işləri isə yekunlaşmaq üzrədir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, söhbət 945 metr uzunluğa malik Məsud Davudoğlu küçəsindən gedir. Artıq küçənin təqribən 600 metrlik hissəsində işlər tam olaraq yekunlaşdırılıb.

Burda da aparılan yenidənqurma işləri zamanı küçənin eni 7-8 metrdən ortalama 12 metrə çatdırılıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb.

Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün yeni piyada səkiləri tikilir, mövcudları isə bərpa olunur. Yol boyu piyada səkilərinin kənarlarına 2 min p/metr uzunluğunda yeni səki daşları düzülür. Sərnişin avtobuslarının ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 2 yerdə “cib”li dayanacaq hissələr yaradılıb.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınır, 15 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə 70 ədəd yeni baxış qapaqları qoyulur.

Hazırda küçənin asfaltlanması işləri aparılır. Ümumilikdə yolun 10 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənir.

Related Post

Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? (Video)Azərbaycanın sürücülük vəsiqələri xarici ölkələrdə niyə tanınmır? (Video)

Son günlər sosial şəbəkəlrdə Azərbaycanın sürücülük vəsiqəsinin xarici ölkələrdə tanınmaması ilə bağlı geniş müzakirələr aparılır. Əlifbamızda olan bəzi hərflərin latın qrafikasında olmaması xarici ölkədə avtomobil sürmək istəyənlərə problemlər yaradıb. Məsələyə

Bu yolda təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.Bu yolda təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinində AvtoReyd.Az-a verilən məlumata görə,Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-120 km-də bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız