Avtoreyd.Az Hadisə Daşkəsən rayon sakini avtomobilini yandırıb – FOTO

Daşkəsən rayon sakini avtomobilini yandırıb – FOTO


Daşkəsən rayon sakini avtomobilini yandırıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Daşkəsən rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası, həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşlar cəlb olunub.

Məlumata görə, Daşkəsən rayon sakini, 1986-ci il təvəllüdlü Samir İsayev ona məxsus “VAZ-2106” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün anasının etirazı ilə qarşılaşıb. Buna əsəbləşən sürücü avtomobilini yandırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və artıq yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Related Post

Almaniyada Reyn çayı üzərindəki kanat yolunda ilişən 70-dən çox insan təxliyyə olunub (Video) Almaniyada Reyn çayı üzərindəki kanat yolunda ilişən 70-dən çox insan təxliyyə olunub (Video) 

Avtoreyd.az bildirir ki, Kölndə sərnişinlər üçün nəzərdə tutulan kabinlərdən birinin dayağa çırpılması nəticəsində baş verən qəza zamanı 40 metr hündürlükdə qalan 76 sərnişinin təxliyyəsi müvəffəqiyyətlə keçib. Onların arasında uşaqlar da var.