Avtoreyd.Az Hadisə Yevlaxda yol qəzası baş verib, ana və 8 yaşlı qızı xəsarət alıb

Yevlaxda yol qəzası baş verib, ana və 8 yaşlı qızı xəsarət alıb


Yevlax rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az-ın “Report”a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2109” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə minik maşınında olan Goranboy rayon Xanqərvənd kənd sakinləri – sürücü Sabit Abbasov, sərnişini, 1987-ci il təvəllüdlü Arzu İsmail qızı Abbasova və onun 8 yaşlı qızı Tutu Abbaslı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücünün vəziyyəti normal olduğundan xəstəxanaya müraciət etməyib. Lakin sərnişinləri Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Post