Avtoreyd.az bildirir ki, Milanda 18 yaşlı Lorenso Pianassa metropolitendə relslər üzərinə düşən ikiyaşlı uşağı xilas edib.
Hadisə “Repubblica” stansiyasında baş verib. Liseydən evə qayıdan Lorenso elektrik qatarının gəlməsinə bir dəqiqə qalmış, balaca bir uşağın anasından qaçaraq, relslərə yaxınlaşdığını və yıxıldığını görüb. Ana və digər sərnişinlərin özünü itirdiyi bir anda, 18 yaşlı oğlan cəld aşağı atılaraq, uşağı xilas edib. Bir neçə saniyə sonra isə Lorenso özü də oradan çıxıb.
Bütün bu xilasetmə əməliyyatı 5 saniyədən bir qədər artıq vaxt aparıb. Hadisəni görən dispetçer vaxtında bu barədə maşinistə xəbər verib, o da qatarın stansiyaya gəlişini ləngidib.