Köhnə avtomobillərin satışı haqqında müxtəlif elanlara baxaraq, bəzən marqlı avtomobillərə rast gəlmək olar. Məsələn, çox qeyri-adi 1969-cu ilin istehsalı olan və dəyişikliyə uğrayan qoşqulu”Zaporojye” ZAZ-965-ə.
Avtomobildə standart 23 at gücünə malik olan mühərriki Suzukinin 1.3 litrlik mühərriki ilə əvəz ediblər.Yeri gəlmişklən,ustalar kifayət gədər əziyət çəksələr belə,mühərriki kip yerləşdirə biliblər.Onu əlavə edək ki,ürəyi dəyişdirilən bu avtomobil artıq əvvəlkindən daha qıvraq və sürətlidir.
Qeyri-adi avtomobilin yaradılması üçün daha bir ZAZ-965 istifadə edilmişdi. Ön qanadlarla kapotu birdəfəlik qaynaq olunaraq yapışdırılıb.Qabaq hissədə yerləşən yük yerində audiosistem qizlədilib və əvvəllər mühərik üçün nəzərdə tutlan yerdə isə,indi barbekü yer alır.
AvtoReyd.Az məlumat verir ki,avtomobil Litvada yığılsa da,2016-cı ildə artıq Böyük Britaniyada satışa çıxarıb.Qiymətinə gəldikdə,bu qeyri-adi avtomobilə görə 7000 funt sterling istəyirlər.