Avtoreyd.Az Avtoxəbər Formula-1 yarışının yeni mövsüm üçün ilk “haləli” avtomobili təqdim edilib (Video)

Formula-1 yarışının yeni mövsüm üçün ilk “haləli” avtomobili təqdim edilib (Video)


Avtoreyd.az bildirir ki, Formula-1 komandası Haas dünya çempionatının yeni mövsümü üçün bolidini nümayiş edib. VF-18 adı verilən avtomobil, pilotun başının qorunması sistemi Halo (ingilisdən tərcümədə “halə” deməkdir)  ilə təchiz edilən ilk yarış avtomobilidir.

Yeni maşın əvvəlki VF-17 bolidinin təkamülüdür. VF-18-də daha bir gözə çarpan dəyişiklik, halə ilə yanaşı avtomobilin arxa hissəsində üzgəcin olmamasıdır.

Haas-ın 2018-ci il mövsümündə pilotları qismində Roman Qrojan və Kevin Maqnussen çıxış edəcəklər.

VF-18 ilk dəfə fevralın 26-da Barselonada keçirilən qış sınaq testlərinin birinci günündə yola çıxacaq. Formula-1 mövsümü martın 22-də Avstraliyada start götürəcək.

Related Post

Narkotiklərin təsiri altında olmuş sürücü, yol-nəqliyyat hadisəsinin yerindən gizlənmək istəyərkən başqa qəzada həlak oldu-VİDEONarkotiklərin təsiri altında olmuş sürücü, yol-nəqliyyat hadisəsinin yerindən gizlənmək istəyərkən başqa qəzada həlak oldu-VİDEO

Şəhər parkı ərazidə ötmə zamanı SsangYong-un sahibi Renault Logan-ı əzibmiş. Sürücü düşünmədən dayanmaq əvəzinə yol-nəqliyyat hadisəsinin yerindən gaçaraq hadisə yerindən aralanmağa calışıb. Ancaq artıq 25 saniyə sonra, beş maşın ötərək,