Avtoreyd.az bildirir ki, İsrail Müdafiə Qüvvələrinin veteranlar təşkilatı, odlu silah daşıya və ondan atəş aça biləcək dron hazırlayıblar.
İsrailin Müdafiə Ordusunun xüsusi təyinatlılar bölməsinin keçmiş komandiri, Duke Robotics-in banisi Raziel Atuar hesab edir ki, silahlı dronlar antiterror əməliyyatlarında mülki əhali və hərbi qulluqçular arasında insan itkisini azalda biləcək.
TIKAD-ın ilk versiyası hələ üç il əvvəl yaradılıb və dərhal da Müdafiə Qüvvələri ondan istifadə edib. İsrail hərbçiləri o zaman Duke Robotics-in dronunda quraşdırılan snayper tüfənginin köməyi ilə hədəfi vura biliblər. Əməliyyat uğurla keçsə də, Atuar və onun həmkarları məhsuldan narazı qalıblar: 13 kiloqramlıq tüfənglə yüklənən dronun batareyaların enerjisi cəmi beş dəqiqəlik uçuş üçün çatıb.
İsrail hərbçiləri də silahlı dronun daha uzun müddət uçmasını istəyiblər. Hazırda dron üzərində işlər tamamlanıb və silahlı uçuş aparatı mükəmməlləşdirilib.