Avtoreyd.Az Gündəm Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisinə 150 milyon manat ayrılıb

Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisinə 150 milyon manat ayrılıb


Azərbaycan prezidenti İlham Əliyev Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 150 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Related Post

Qeyri-adi işıqfor (FOTO)Qeyri-adi işıqfor (FOTO)

  AvtoReyd.Az-ın verdiyi məlumata görə İtaliyada,Turin şəhərində Via Romada quraşdırılan işıqforun fəaliyyəti yalnız qırmızı və ya yaşıl işıqla məhdudlaşmır. Eyni zamanda onun şüşələrində əl ələ tutan eynicinsli cütlük də əks olunur.