Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı – Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev söyləyib.
Onun sözlərinə görə, Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
BNA-nın rəsmisi sürücülərə tövsiyə edir ki, yollardakı sürət həddinə əməl etsinlər.