Avtoreyd.Az Dörd çarx Sumqayıta 70 yeni avtobus gətirilir

Sumqayıta 70 yeni avtobus gətirilir


Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən marşrut xətlərindəki bütün köhnə avtobusların dəyişdirilməsinə başlanılıb.

AvtoReyd.Az bildirir ki, bu barədə “Trend”ə Sumqayıt şəhər İcra Hakimiyyətinin “SumqayıtNəqliyyat” MMC-in rəhbəri Xannı Rüstəmov deyib.
Qurum rəhbəri bildirib ki, şəhərdaxili və şəhərkənarı marşrut xətlərindəki bütün köhnə avtobuslar mart ayına qədər yeniləri ilə əvəzlənəcək:
“Artıq yeni avtobuslar sifariş verilib. Hissə-hissə avtobuslar gətirilərək marşrut xətlərinə buraxılacaq. Hazırda Sumqayıtda əksər marşrut xətlərindəki avtobuslar yenisi ilə əvəzlənib. 3, 2 və 14 saylı marşrutlardakı avtobuslar isə hələ də köhnədir və standartlara cavab vermir. Bu marşrutlardakı avtobusların yenisi ilə əvəzlənməsi üçün 70 yeni avtobus sifariş verilib. Həmin avtobusların yarısı iritutumlu, qalanları isə kiçiktutumludur”.

Related Post

Yük maşınının sürücüsü Bakıda “avtoşluq” etdi – Sürücü cəzalanacaq – VİDEOYük maşınının sürücüsü Bakıda “avtoşluq” etdi – Sürücü cəzalanacaq – VİDEO

Yük avtomobilini minik maşını kimi idarə edir… Xezerxeber.az-ın məlumatına görə, şəhərdaxili yolda ağırtonlajlı avtomobil saatda 80-90 kilometr sürətlə hərəkət edir. Görüntülər paytaxtın Nizami rayonunda lentə alınıb. Eyni istiqamətdə hərəkətdə olan