Avtoreyd.Az Hadisə Yol polisi DTX-nın anti-terror əməliyyatına mane oldu, işdən qovuldu

Yol polisi DTX-nın anti-terror əməliyyatına mane oldu, işdən qovuldu


Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

AvtoReyd.Az xəbər verir ki, DİN-dən Sfera.az-a verilən məlumata görə, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman A.Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib.

Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.

Related Post

Bakıda İran vətəndaşını avtomobillə vuraraq öldürən sərxoş taksi sürücüsü həbs olunub – RƏSMİBakıda İran vətəndaşını avtomobillə vuraraq öldürən sərxoş taksi sürücüsü həbs olunub – RƏSMİ

Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. AvtoReyd.Az “Report”a