Avtoreyd.Az Hadisə Yük avtomobilinə hücüm çəkən fil, yolda 2 saatlıq tıxaca səbəb olub (Video)

Yük avtomobilinə hücüm çəkən fil, yolda 2 saatlıq tıxaca səbəb olub (Video)


Avtoreyd.az bildirir ki, Tailand yollarından birində şəkər qamışı daşıyan yük avtomobilləri filin marağına səbəb olduğundan, böyük tıxac yaranıb.

Soyğunçu fil şəkər qamışının dadından zövq aldığı zaman, ən azı 12 yük avtomobilini ləngitməklə, yolda təxminən 2 saat vaxt keçirib. Filin nəhəngliyini, həm də tez qəzəblənə bildiyini nəzərə alan sürücülərdən heç kim bu böyüklükdə maneəni yoldan qovmağa cəsarət etməyib. İnsanlara yalnız onun yeyib doymasını gözləmək qalıb.

Vəhşi fillər üzrə ekspert Kovit Bunfanuk, bildirib ki, sürücülər çox düzgün hərəkət ediblər. Fil sadəcə ac olub və heç kəsə ziyan vurmaq arzusunda olmayıb. Əgər onlar heyvanı hirsləndirsəydilər, hər şey daha pis ola bilərdi. Lakin Kovit əlavə edib ki, ilk dəfədir ki, filin belə uzun müddətə yol hərəkətini ləngitməsi haqda eşidir.

Related Post

“Baku-Bus” sürücüsünün səhvi nəticəsində sərnişin xəsarət aldı – VİDEO“Baku-Bus” sürücüsünün səhvi nəticəsində sərnişin xəsarət aldı – VİDEO

Bakıda “Baku-Bus” sürücüsünün qəflətən əyləcə basması içəridə bir neçə sərnişinin yıxılmasına səbəb olub. AvtoReyd.Az Xezerxeber.az-a istinadən  məlumat verir ki, hadisə martın 28-də “Avtovağzal”dan “Koroğlu” metrostansiyasına hərəkət edən 13 saylı avtobusda