Avtoreyd.az bildirir ki, robototexnik Simona Girts və ixtiraçı Uilyam Osman Massaçussets texnologiya institutunun sarı rəngli kiçik “Comutacar” elektrokarını nəhəng kompüter siçanına çeviriblər.
Uilyam siçanın sensorunu əvəz edən qurğu yığaraq, onu mikromaşının qabaq bamperində bərkidib. Beləliklə, “Fotoşopda”kı kursor maşınla birlikdə hərəkətə gəlib. Klakson siçanın sol düyməsini əvəz edib. Xətti çəkmək üçün düz istiqamətdə getməklə bərabər, eyni zamanda siqnal vermək də lazım olub.
Müəlliflər marşrut xəritəsində avtomobil şəkli çəkmək istəsələr də, birinci cəhd zamanı kiçik üçbucaqla kifayətlənməli olublar.
Qeyd edək ki, “Comutacar” 1980-ci ilin layihəsidir.