Avtobus sürücülərinin qayda pozmaları ilə bağlı dəfələrlə xəbər vermişik. Hətta buna görə bir neçə marşrut xəttinin sahibkarı cəzalanıb, sürücü işdən azad olunub. Ancaq hələ də qayda pozan, insanların həyatını təhlükəyə atan sürücülərə rast gəlinir.
Xezerxeber.az məlumat verir ki, məsələn, 119 və 214 saylı avtobusların sürücüsü maşını qapısı açıq şəkildə idarə edir, içərisi sərnişinlərlə dolu olduğundan bir neçə nəfər sallaşaraq gedir. Beləliklə,sərnişinlərin həyatı təhlükəyə atılırr. Bununla yanaşı, arxadan gələn avtomobili üçündə qəza şəraiti yaradır.
Bundan başqa, Sumqayıt-Sədərək marşrutu üzrə işləyən avtobusda isə əyləci işləmədiyi halda sərnişin daşınır. Görüntünü çəkən sərnişin qeyd edir ki, dövlət nömrə nişanı 99 JD 968 olan avtobus sürət qutusu ilə dayandırılır. Bu vəziyyətdə sərnişin daşınır.
“Xəzər Xəbər”in votsap nömrəsinə göndərilən kadrlar avtobus sürücüsünün məsuliyyətsizliyini bir daha göstərir.
Həmin görüntünü təqdim edirik:
https://www.youtube.com/watch?v=xpnOL_4jMwE
