Avtoreyd.az bildirir ki, avtomobilin videoregistratoru ilə çəkilən kadrlar ABŞ-da, Kaliforniyada qeydə alınıb.
Uğursuz şəkildə əyləci basan motosikletçi idarə etməni itirərək yolun hərəkət hissəsinə yıxılıb.
Sahibi ağır xəsarət almasa da, onun motosikli haqqında bunu demək olmaz. Sürücü olmadan bir müddət öz-özünə hərəkət edən motosikl,yük maşınının təkərlərinin altına düşüb.