Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol qəzası olub. Criminal.az xəbər verir ki, “Bakı” kinoteatrı yaxınlığında iki minik maşını toqquşub. Qəza nəticəsində bir qızın öldüyü bildirilir.
Hadisə şahidləri iddia edir ki, qəzanı törədən şəxs deputat Hüseynbala Mirələmovun oğludur. Hadisədən qısa vaxt sonra maşının nömrəsi ilə birlikdə o başqa maşınla ərazidən uzaqlaşıb.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.