Avtoreyd.Az Gündəm Vətəndaşı təhqir edən polis əməkdaşı orqandan xaric edilib

Vətəndaşı təhqir edən polis əməkdaşı orqandan xaric edilib


Ölkə vətəndaşını təhqir edən polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.

AvtoReyd.Az-ın məlumatına görə, bir neçə gün öncə sosial şəbəkələrdə Masallı rayonundan olan bir gəncin polis əməkdaşı tərəfindən təhqir olunmasını əks etdirən video yayılıb. Dərhal Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən xidməti yoxlama aparılıb və nəticədə fakt təsdiqini tapıb. Bundan sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə vətəndaşı təhqir etdiyinə, polis adına yaraşmayan və bu ada xələl gətirən hərəkətlərə yol verdiyinə görə Binəqədi rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Rəşad Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Related Post

Azərbaycan prezidentinin sərəncamına əsasən, bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Ağstafa rayonu Köçəsgər avtomobil yolu layihəsidir. “Azəravtoyol”  ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən avtomobil yolu

Azərbaycanda minik avtomobillərinin dövlət qeydiyyatına dair yeni prosedur qüvvəyə minibAzərbaycanda minik avtomobillərinin dövlət qeydiyyatına dair yeni prosedur qüvvəyə minib

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı proseduru dəyişib. APA-nın məlumatına görə,  bu, Azərbaycan prezidenti İlham Əliyevin 18 may 2017-ci il tarixli sərəncamı ilə qüvvəyə minən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər

Vüsal Kərimli: “Bakıda fəaliyyət göstərən avtobusların 50 faizinin yenilənməsi zərurəti var”Vüsal Kərimli: “Bakıda fəaliyyət göstərən avtobusların 50 faizinin yenilənməsi zərurəti var”

“İctimai nəqliyyat üzrə aparılmış təhlillər nəticəsində Bakı şəhərinin avtobus marşrut xətlərində təkrarlanmaların mövcud olması aşkarlanıb. Şəhər və şəhərsalmaya uyğun olmayan xətlər optimallaşdırılıb, daşıyıcıların sayı 57-dən 48-ə, marşrut xətlərinin sayı isə