Avtoreyd.Az AvtoSığorta Azərbaycanda sığorta mübahisələrinin məhkəməsiz həlli sistemi yaradılacaq

Azərbaycanda sığorta mübahisələrinin məhkəməsiz həlli sistemi yaradılacaq


Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) Müşahidə Şurasının görüşü keçirilib.

ASA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə Assosiasiyanın sədri Mustafa Abbasbəyli və Müşahidə Şurasının üzvü olan səkkiz sığorta və bir təkrarsığorta şirkətinin rəhbər şəxsləri iştirak edib.

ASA-da komitələrin formalaşdırılması və mediasiya işinin təşkili, habelə, qurumun inzibati quruculuq məsələləri, o cümlədən, strukturunun və cari il üçün ştat cədvəlinin müzakirəsi və təsdiqi, sığorta bazarının peşəkar digər iştirakçılarının ASA-nın üzvlüyünə cəlb olunması, təlimlərin genişləndirilməsi, həmçinin, bazarın inkişaf perspektivləri hesab olunan digər məsələlər geniş müzakirəyə çıxarılıb.

Azərbaycanda ilk dəfə olaraq sığorta sahəsində mövcud olan mübahisəli məsələlərin məhkəməyə getmədən həlli istiqamətində mediasiya işinin təşkili barədə aparılmış müzakirələr nəticəsində beynəlxalq təcrübənin araşdırılmasına əsaslanan model üzrə müvafiq sistemin formalaşdırılması qərara alınıb.

Bazarın inkişaf perspektivləri hesab olunan sahələr arasında kənd təsərrüfatı sığortası, icbari əmlak sığortası, icbari avtomobil sığorta, həkimlərin peşə məsuliyyətinin sığortası və sığortaçılar forumunun keçirilməsi üzrə icra olunmuş, eləcə də həyata keçirilməsi planlaşdırılan tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə ASA tərəfindən sığorta sektorunun müxtəlif istiqamətləri üzrə təşkil olunan təlimlərin sayının və effektivliyinin artırılması və daha çox tələb olunan sahələr üzrə təlimlərin təşkil olunmasına dair müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır.

AvtoReyd.Az

Related Post

“GILAN HOLDING” “AZSIĞORTA” ASC – yə görə məhkəməyə verildi“GILAN HOLDING” “AZSIĞORTA” ASC – yə görə məhkəməyə verildi

19.03.2019-cu il tarixində İmişli-Saatlı yolundan Məmmədov İlqar İmamverdi oğlunun mülkiyyətində olan “KAMAZ” markalı dövlət nömrə nişanı  11-BC-626 nəqliyyat vasitəsi “AZSIĞORTA” ASC-də mülki məsuliyyəti sığortalanmış sürücünün törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində 9

Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcəkSığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcək

Azərbaycanda sığorta şirkəti tərəfindən qəzalı avtomobillərin təmir edilməsi yeni şərtlərlə həyata keçiriləcək. Xezerxeber.az-ın məlumatına görə, avtomobilin təmir edilən bütün hissələrinə minumum 1 il zəmanət veriləcək və təmirin dəqiq müddəti əvvəlcədən

Avtomobillərin icbari sığortası ilə bağlı yeni təkliflər – Endirimlər olmayacaqAvtomobillərin icbari sığortası ilə bağlı yeni təkliflər – Endirimlər olmayacaq

Avtomobillərin icbari sığortasında endirimlərin qarşısını almaq üçün təkliflər hazırlanır. Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında müzakirələr aparılır. Çünki qurumda hesab edirlər ki, indiyə qədər tətbiq edilən inzibati sanksiyaların