Çərşənbə axşamı Başqırdıstan Respublikasının İqlinsk rayonunda (Rusiya Federasiyası) mikroavtobusla furqonun toqquşması nəticəsində 9 nəfər həyatını itirib.
AvtoReyd.Az xəbər verir ki, bu barədə respublika üzrə Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin mətbuat xidmətinə istinadən “İnterfax” məlumat yayıb.
“9 nəfər ölənin olması barədə məlumat var”, – deyə mətbuat xidmətinin əməkdaşı qeyd edib.
Bildirilir ki, M5 federal avtomobil yolunda, Ulu-Telyaka yaşayış məntəqəsi yaxınlığında baş verən qəzada xəsarət alan daha 3 nəfər xəstəxanaya yerləşdirilib.
“Hamısı böyükdür, vəziyyətləri orta-ağırdır”, – deyə agentliyin həmsöhbəti əlavə edib.
/report