Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib.Bu barədə AvtoReyd.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Dayanacaq mənqətələrinin 27-də pavilyon quraşdırılıb. Məqsəd, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.


